Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İK Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Qarabağ” – “Qəbələ” matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Qarşılaşmanın 75-ci dəqiqəsində “Qəbələ”nın baş məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Xatırladaq ki, sözügedən matçda "Qarabağ"ın futbolçusu Miçel Markos Madera aqressiv davranışı səbəbindən 4 oyunluq cəzalanıb.
"Qarabağ"da şok itki
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi