"Finala çıxmağın çətin olacağını bilirik. Güclü rəqibə qarşı oynayacağıq. Ancaq bizim də öz silahımız var və finala adımızı yazdıra bilərik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Luis Suares Çempionlar Liqasının yarımfinalında "Liverpul"la cavab oyunu öncəsi deyib.
"Liverpul"da Salah və Firminonun oynamamağı onlar üçün ciddi itkilərdir. Amma bu, rəqibin oyununu dəyişdirməyəcək. Çünki onlardan da başqa özlərini göstərə biləcək güclü futbolçular var. Onlara hörmət etməliyik" - deyə o bildirib.
Uruqvaylı hücumçu sabiq klubu "Liverpul"a bu qarşılaşmada qol vuracağı təqdirdə, sevinməyəcəyini söyləyib: "Futboldan anlayanlar ilk matçda sevinməyimi normal qarşıladı. "Liverpul" azarkeşlərinə hörmət edirəm. Onlara minnətdaram. Azarkeşlərin məni fitə basacağını yox, alqışlayacağını düşünürəm. "Enfild"də qol vursam, sevinməyəcəm".
Qeyd edək ki, "Liverpul" - "Barselona" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
"Mançester Siti"dən ayrılır
Messi "Barselona"dan getdiyinə peşmandır?