"Arsenal"dan gedir

"Arsenal"dan gedir
DÜNYA FUTBOLU 6 May 2019 / 15:33 2802
-  A +

"Arsenal"ın futbolçusu Denni Uelbek mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Unay Emeri  dünən İngiltərə Premyer liqasında “Brayton”la matçdan sonra keçirilən mətbuat konfransında deyib. Futbolçunun “topçular”la olan müqaviləsi mövsümün sonunda bitəcəyindən onun üçün trasnfer məbləği ödənilməyəcək.

Türkiyə mətbuatı Uelbeki "Qalatasaray"ın transfer etmək istədiyini yazıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə oyun zamanı zədələnən Uelbek bu mövsüm “Arsenalın heyətində cəmi 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər