Emil qol buraxmadı, komandası qalib gəldi

Emil qol buraxmadı, komandası qalib gəldi
ÖLKƏ FUTBOLU 5 May 2019 / 18:49 2534
-  A +

Qazaxıstan Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" bu gün səfərdə "Kayrat"la qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Baurcan Turisbekin 87-ci dəqiqədə vurduğu qol Kostanay təmsilçisinə qələbə qazandırıb.

Emil yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə komandasının qapısını qoruyub.

Qeyd edək ki, "Tobol" bu qələbədən sonra 20 xalla ikinci pillədə qərarlaşıb. "Kayrat" 16 xalla 5-cidir. Turnir cədvəlinə isə 25 xalla "Astana" başçılıq edir.

Daha çox


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"