40 yaşlı Pisarro rekordunu yenilədi

40 yaşlı Pisarro rekordunu yenilədi
DÜNYA FUTBOLU 5 May 2019 / 14:55 3233
-  A +

“Verder”in futbolçusu Klaudio Pisarro öz rekordunu yeniləyib.

Qol.az xəbər verir ki, perulu hücumçu Dortmund “Borussiya”sı ilə görüşdə fərqlənməklə özünə məxsus olan Bundesliqada qol vuran ən yaşlı futbolçu rekordunu təkrarlayıb. Perulu forvard 40 yaş 213 günlüyündə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ardıcıl 21 ildir ki, Bundesliqada qol vuran Pisarro çempionat tarixində ən yaxşı əcnəbi bombardirdir.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq