"Oynayan bir komanda vardı. Əfsuslar olsun ki, finala çıxan digər komanda oldu".
Qol.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt"la evdə cavab oyunundan (3:3) sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis futbolçularına iradının olmadığını bildirib: "Buraxdığımız ilk qol çox pis oldu. Fasilədən sonra yaxşı oynadıq, va-bank getdik. Yaxşı komandamız var. Uşaqlara nəsə deməyə sözüm yoxdur. Paltardəyişmə otağında sükutdur. Bundan sonra finalda "Sumqayıt"a azarkeşlik edəcəyəm. Mənim ötən mövsüm baş məşqçisi olduğum "Sumqayıt" tam fərqli idi. Biz həmin vaxt iki "cəbhə"də mübarizə aparırdıq".
Abasov deyib ki, istədiyi komandanı qurmaq üçün vaxt lazımdır: "Mən gələndə "Zirə" birinci yerdə deyildi. Komanda qurmaq üçün vaxt lazımdır. Durumdan, kollektivdən razıyam. "Sumqayıt"dan tam fərqli ab-havadayıq. Bugünkü 3:3 hesablı heç-heçə "Sumqayıt"ı çempionatda udduğumuz 3 oyundan yaxşıdır. Geridə qalan matçda va-bank gedirsən. Bilal Həmdi yarımcanlı kimi çıxmışdı. Hesab məcbur etməsə, ola bilsin ki, onu oynatmazdım".
Baş məşqçi "pley-off" matçlarında səfər qolunun ləğvi ilə bağlı müzakirələrə də toxunub: "Kaş UEFA bu qərarı bu oyundan qabaq çıxarardı. İsmayıl Fafananı milliyə zarafatla məsləhət görmüşdüm. Bu gün va-bank getdim, onu əvəzlədim".
Qeyd edək ki, ilk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" səfər qolları ilə finala çıxıb.
"Kəpəz"də yeni təyinat
DÇ-2026-da 6 oyun
"Qarabağ" yeni əməkdaşlığa başladı
"Kayrat" ÇL-ə sifariş etdiyi oyunçu ilə yollarını ayırdı
Türkiyə nəhəngləri "Real"ın oyunçularını hədəflədilər
"Barselona" yetirməsi ilə yollarını ayırdı
İslandiya - Azərbaycan matçı üçün - Heyətlər
"İmişli" yoxlama oyununda qalib gəldi
Millimizin Gürcüstanla oyunları üçün heyəti müəyyənləşdi
“Liverpul” Salahı onunla əvəz etmək istəyir
“Messi Fransada çox aqressiv ab-hava ilə üzləşdi”
Boksçumuz növbəti mərhələyə yüksəldi - Dünya çempionatı
Fransa klubundan baş məşqçi ilə bağlı qərar
"Qarabağ" niyə hücumçu almadı? - Tahir Gözeldən cavab
Millimizin üzvü əvəzedici komandaya göndərildi
"Qarabağ" prezidentindən BOS açıqlaması
"Benfika"da ayrılıq
İngiltərə millisinin heyətindən çıxarıldı
Villianın yeni klubu bilindi