"Ramilə haqq qazandırmıram, amma..." - baş məşqçi

"Ramilə haqq qazandırmıram, amma..." - baş məşqçi
DÜNYA FUTBOLU 29 Aprel 2019 / 00:01 5042
-  A +

"Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç Rusiya Premyer Liqasının 26-cı turunun "Zenit"lə oyununda (2:4) qırmızı vərəqə alaraq, meydandan qovulan Ramil Şeydayevi müdafiə edib.

Qol.az-ın Samara təmsilçisinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, serbiyalı mütəxəssis sözügedən epizodda millimizin hücumçusunun günahı olmadığını bildirib:

"İlk sarı vərəqə epizodunda Ramil yox, hakim emosiyalarını cilovlaya bilmədi. Futbolçuma haqq qazandırmıram. Niyə də bunu etməliyəm? Sadəcə, davanı digər oyunçu başlatdı. Şeydayev heç nə etməmişdi".

Qeyd edək ki, "Zenit"lə matçın 40-cı dəqiqəsində məhsuldar ötürmə ilə yadda qalan Ramil ikinci hissənin əvvəlində sarı vərəqə görüb. 78-ci dəqiqədə isə ikinci "sarı"dan qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub.

Son xəbərlər
14.04.25  19:32

Mbappe üzr istəyib

14.04.25  14:59

"Biz axmaq deyilik"