"Bavariya" autsayderlə bacarmadı

"Bavariya" autsayderlə bacarmadı
DÜNYA FUTBOLU 28 Aprel 2019 / 21:59 3100
-  A +

Almaniya bundesliqasında 31-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Hoffenhaym" doğma meydanda "Volfsburq"a 1:4 hesabı ilə uduzub.

Günün və turun son oyununda isə "Bavariya" səfərdə "Nürnberq"in qonağı olub. Autsayderlə bacarmayan Münhen klubu ən yaxın izləyicisi olan Dortmund "Borussiya"sı ilə xal fərqini artırmaq şansını əldən verib.


28 aprel

"Hoffenhaym" - "Volfsburq" - 1:4
Qollar:
A. Salai, 9 (1:0), Villiam, 41 (1:1), U. Ueqhorst, 69 (1:2), M. Arnold, 85 (1:3), U. Ueqhorst, 88 (1:4)

"Nürnberq" - "Bavariya" - 1:1
Qollar:
M. Pereyra, 48 (1:0), S. Qnabri, 75 (1:1)


Qeyd edək ki, 31 turdan sonra "Bavariya" 71 xalla turnir zədvəlinin zirvəsində qərarlaşıb. Onu 69 xalla "Borussiya" (Dortmund) izləyir. "Nürnberq" 19 xalla 17-ci, "Hoffenhaym" 50 xalla 7-ci, 1 xal az toplayan "Volfsburq" isə 8-cidir.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda