"Bavariya" Xamesi göndərir - Kovaçla yola getmir

"Bavariya" Xamesi göndərir -  Kovaçla yola getmir
DÜNYA FUTBOLU 26 Aprel 2019 / 14:48 2549
-  A +

“Bavariya” rəhbərliyi icarə əsasında komandada çıxış edən Xames Rodriqesi birdəfəlik almaq fikrindən daşınıb.

Qol.az Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, Münhen klubu baş məşqçi Niko Kovaçla mübahisə etdiyi üçün Xamesi müavilə ilə məxsus olduğu “Real”a qaytarmaq qərarına gəlib. Kolumbiyalı yarımmüdafiəçinin yayda İspaniyaya yollanacağı bildirilir.

Qeyd edək ki,  2017-ci ilin yayından “Bavariya”da oynayan Xames 27 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun Münhen təmsilçisi ilə icarə müddəti mövsümün sonunda bitir.

Son xəbərlər