"Barselona"dan türk futbolçuya cavab - "Niyə də olmasın?!"

"Barselona"dan türk futbolçuya cavab - "Niyə də olmasın?!"
DÜNYA FUTBOLU 17 Aprel 2019 / 17:40 6954
-  A +

"Barselona" "Trabzonspor"un yarımmüdafiəçisi Abdulkadir Ömürün ötən gün Kataloniya təmsilçisində oynamaq istəməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ispan klubu rəsmi "Tvitter" hesabı vasitəsilə gənc futbolçuya cavab verib. Ona "Barsa"da oynamağın mümkünsüz olmadığı bildirilib:

"Türkiyədə minlərlə azarkeşimiz, futbol məktəblərimiz, dəyərli sponsorlarımız var. "Barselona" tarixində 3-cü türk futbolçu niyə də olmasın?! – deyə paylaşımda qeyd olunub. 

Xatırladaq ki, 2015-ci ildən "Trabzonspor" klubunda çıxış edən A.Ömür yerli mətbuata müsahibəsində Rüştü Rəçbər, Arda Turan kimi "Barselona" forması geyinməyi arzuladığını dilə gətirib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi