"Barselona"nın futbolçusu Denis Suares əsas komandadan kənarlaşdırıla bilər.
Qol.az-ın "Cadena Ser"ə istinadən yaydığı xəbərə görə, bu, 25 yaşlı yarımmüdafiəçinin gələcəyi ilə bağlı qərarını yaxın bir həftə ərzində verməyəcəyi təqdirdə baş verə bilər.
Klub yolları ayırmaq istədiyi D.Suaresə iki variant təklif edib. O, ya 20 milyon avroya "Betis"ə transfer olunmalı, ya da mövsümün sonuna kimi icarə əsasında "Arsenal"da oynamalıdır. İspan oyunçu heç bir variantı seçməyəcəyi halda əsas komandadan kənarlaşdırılacaq.
Xatırladaq ki, D.Suares cari mövsüm cəmi 8 matçda iştirak edib.
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu
“Ayaks”la vidalaşdı, Belçikaya gedir
UEFA dünya çempionatı ilə bağlı qərarını dəyişir
Azərbaycan millisi Belçikaya məğlub oldu
“Qalatasaray” onu hədəfə aldı
FİFA referisi Elçin Məsiyevə növbəti təyinat