"Fənərbaxça"da afrikalı hücumçu?

"Fənərbaxça"da afrikalı hücumçu?
XƏBƏR 31 Dekabr 2018 / 00:59 4731
-  A +

İslam Slimaninin çıxışından narazı olan "Fənərbaxça" rəhbərliyi hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, İstanbul klubu "Lester"in hücumçusu Fusseni Diabateni transfer edir.

Bu mövsümün əvvəlində Fransa "Ayaçço"sundan alınan malili forvardın ingilis klubu ilə 2022-ci ilin yayına kimi müqaviləsi var. "Lester"də cəmi 1 oyun keçirən 23 yaşlı futbolçu 55 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Fənərbaxça" Slimanini də "Lester"dən icarəyə götürüb.

Son xəbərlər
22.09.24  13:17

73 il sonra...

21.09.24  20:47

Tovuzda 3 qol - Video

21.09.24  15:37

20 ildə ilk dəfə