Neymarın etdiyi hərəkətlərdən əlifba hazırlandı- Şəkil

Neymarın etdiyi hərəkətlərdən əlifba hazırlandı- Şəkil
DÇ-2018 14 İyul 2018 / 22:07 7149
-  A +

DÇ-2018-də etdiyi simulyasiyaları ilə yadda qalan Braziliya millisinin futbolçusu Neymarın hərəkətləri dizayner Lusiano Yakobun diqqətindən yayınmayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 26 yaşlı hücumçunun etdiyi bəzi hərəkətlərə uyğun olaraq əlifba hazırlayıb. L.Yakob bu əlifbanı hazırlayarkən çox çətinlik çəkdiyini bildirib: "Neymarın internetdə bəzi şəkillərini tapdım və onların üzərində işlədim. Yekunda A-dan Z-yə bütün hərfləri hazırladım. Bunu Neymarı tənqid etmək üçün yox, sadəcə insanları güldürmək üçün etdim. Etdiyimin bəyəniləcəyini bilirdim, amma bu qədər diqqət çəkəcəyini gözləmirdim".

Qeyd edək ki, Braziliya 1/4 finalda Belçikaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.

Daha çox


Son xəbərlər