Ronaldo yenidən testdən keçəcək

Ronaldo yenidən testdən keçəcək
XƏBƏR 31 Oktyabr 2020 / 15:35 1378
-  A +

“Yuventus”un koronavirusdan sağalan futbolçusu Kriştiano Ronaldo növbəti dəfə testdən keçməli olacaq.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu bu gün müayinəddən keçəcək. Nəticələr yenidən mənfi olacağı təqdirdə portuqaliyalı oyunçu komanda ilə məşqlərə qayıda biləcək.

Qeyd edək ki, oktyabrın 13-də Ronaldoda koronavirus infeksiyasına yoluxma aşkarlanmışdı. Ötən gün sağaldığı bildirilən fubolçu xəstəliyinə görə 4 matç buraxmalı olub.


Son xəbərlər