Qrizmannın əvəzinə Depay

Qrizmannın əvəzinə Depay
XƏBƏR 27 Oktyabr 2020 / 16:25 2614
-  A +

“Barselona”nın futbolçusu Antuan Qrizmann karyerasını “Lion”da davam etdirə bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Fransa təmsilçisi 29  yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir. Kataloniya klubunun baş məşqçisi Ronald Kuman da oyunçunu komandanın heyətində saxlamağı düşünmür.

“Lion” isə bu keçidə reallaşacağı təqdirdə, futbolçusu Memfis Depayı “Barselona”ya verməyə hazırdır. Depayın Liqa 1 klubu ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Qrizmann “Barselona”ya 2019-cu ildə “Atletiko”dan transfer edilib.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq