"Yuventus" Dibala ilə razılığa gələ bilmədi

"Yuventus" Dibala ilə razılığa gələ bilmədi
XƏBƏR 24 Oktyabr 2020 / 16:15 2096
-  A +

“Yuventus” futbolçusu Paulo Dibala ilə müqaviləni yeniləməklə bağlı apardığı danışıqları dayandırıb.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin bir neçə bəndində razılığa gələ bilməyib.

Bundan əlavə, 27 yaşlı hücumçu ilə “Çelsi”ni yaxından maraqlandığı bildirilib.

Argentinalı oyunçunun Turin klubu ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi