Son günlər ölkə mətbuatında ən çox müzakirə olunan məsələlərdən biri “Xəzər Lənkəran”ın “Fırtına” fan-klubunun yaydığı bəyanatlardır. Ölkənin ən çılğın və böyük fan klubu olan “Fırtına”çıların ardıcıl yaydıqları bəyanatlarda klub rəhbərliyinə, baş məşqçi Ağasəlim Mircavadova, polislərə, mətbuata, “Flaqman” fan-klubuna, stadion və federasiya rəsmilərinə qarşı müxtəlif ittihamlar səsləndirilib. Bəs, bu etirazların yaranmasına səbəb nədir?
“Fırtına”nın son günlər bu qədər aqressivləşməsində kənar amillərin rolunun olması danılmazdır. Bəzi mətbuat orqanları bu işdə fan-kluba əsas dəstək verənlərin siyahısında başda Rəvan Bəşirovun olduğunu bildirir. Bəşirov bir müddət əvvəl klubda vitse-prezident vəzifəsini icra edirdi. İddia olunur ki, sabiq vitse-prezidentin məqsədi keçmiş klubuna qarşı qisas almağa çalışması yönündədir. Bir sözlə, müəyyən insanlar azarkeşlərdən istifadə edərək öz mənafeyi uğrunda çalışırlar. 2004-cü ildə bərpa olunan “Xəzər Lənkəran”ın “əsas silah”ı hər zaman onun azarkeşləri olub. Əbəs yerə Lənkəran stadionuna “Fırtınalar meydanı” adı verilməyib. Komandanın qazandığı uğurda fanatların rolunu danmaq mümkün deyil. Millimizin Lənkəranda keçirdiyi Finlandiya ilə oyunda cənublu fanatların nə dərəcədə möhtəşəm olduqlarına bir daha hamımız şahid olduq. İndi isə bir qrup azarkeşin komandadan üz döndərməsi, aranı qarışdırmaq istəyi qəribə görünür. Axı, indiki halda “Xəzər Lənkəran” heç nə itirməyib. Demək olar ki, hər şey cənublular üçün ən azı pis getmir.
Hazırda rəqiblərinə nisbətən 1 oyun az keçirən Mircavadovun komandası turnir cədvəlində altıncı pillədə qərarlaşıb. Lakin “Bakı”yla təxirə salınmış oyunda qalib gələcəyi halda, komanda turnir cədvəlində dördüncü pilləyə yüksələcək və lider “İnter”dən 5, ikinci-üçüncü yerləri bölüşən “Simurq” və “Qarabağ”dan isə yalnız 2 xal geri qalacaq.
Digər tərəfdən, cari mövsümdə “altılıq” sistemi tətbiq olunur ki, bu zaman da əsas final mərhələsinə neçənci pillənin sahibi kimi yollanmaq yox, neçə xalla başlamaqdır. “İnter” və “Simurq” kimi iddialılar üzərində qazanılan qələbə isə komanda üçün ayrı-ayrılıqda 6 xala bərabərdir. Bu baxımdan yalnız “Qarabağ”a məğlubiyyət itki hesab oluna bilər ki, Ağdam klubuyla da komanda ikinci dövrədə öz meydanında qarşılaşacaq və həmin məğlubiyyətin əvəzini çıxmaq şansı olacaq.
Bir sözlə, mübarizə hələ qabaqdadır. Komanda iddiasını davam etdirir və kubokda da ən güclü “8-lik” arasında yerini tutub.
Halbuki əvvəllər “Xəzər Lənkəran” bundan da pis vəziyyətlərdə olub. Lakin nədənsə, həmin vaxt “susmaq qızıldır” prinsipini üstün tutan bəzi “fanatlar” bu gün öz canfəşanlıqlarını nümayiş etdirirlər.
Komandanın baş məşqçisi Ağasəlim Mircavadova da dəstək olmağa ehtiyac var. Xatırlamağa bir daha zərurət yaranır ki, Mircavadovun dövründə komanda tarixində ilk dəfə çempion adını qazanıb və ölkə kubokuna yiyələnib. Məhz Mircavadovun rəhbərliyi altında “Xəzər Lənkəran” “Birlik Kuboku”nun qalibi olub və Çempionlar Liqası kimi nüfuzlu turnirdə Zaqreb “Dinamo”su ilə başabaş mübarizə aparıb.
Klubun bəzi “azarkeşlər”i Mircavadovu seleksiya işini düzgün qurmamaqda ittiham edirlər. Bu, bir qədər düzgün hesab oluna bilməz. Axı ən azı Allan Lalin, Dmitri Kalinkov kimi futbolçular bugünkü gündə təkcə “Xəzər Lənkəran”ın deyil, ümumilikdə çempionatın ən səviyyəli futbolçuları sırasındadır.
Yaxşı olardı ki, Azərbaycanın ən möhtəşəm azarkeş qrupu azarkeşlərinin timsalında bütün cənublu fanatları “Xəzər Lənkəran” ətrafında birləşdirəydi. Çünki “Xəzər Lənkəran”ın sadiq azarkeşlərinin dediyi kimi, bu cür söz-söhbətlər ümumilikdə heç kəsə xeyir verməyəcək. Burada fərdlər rol oynamamalıdır, ümumi komandanın gələcəyi üçün birliyə ehtiyac var.
AZƏR
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu