“Zirə” “Neftçi”yə də qalib gəlib liderliyə yüksəldi – Yenilənib

“Zirə” “Neftçi”yə də qalib gəlib liderliyə yüksəldi – Yenilənib
PREMYER LİQA 3 Oktyabr 2020 / 17:54 13037
-  A +

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun növbəti oyunları keçirilib.

Qol.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Neftçi" isə "Zirə"nin qonağı olub və 0:1 hesabı ilə uduzub. Bu qələbə ilə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

Qeyd edək ki, 5-ci turun "Qarabağ" - "Səbail" görüşü təxirə salınıb.

3 oktyabr

16:00. “Zirə” – “Neftçi” 1:0
Qol:
Davit Valkov, 90+5 (1:0)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

14:00. “Qəbələ” – “Sumqayıt” 1:1  
Qollar:
 Əli Qurbani, 26 (0:1), Rafael Utrix, 44 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu


2 oktyabr
 
"Sabah" - "Keşlə" - 0:2


N Klublar O Q H M T-F X
1 Zirə 5 3 1 1 7-6 10
2 Keşlə 5 2 2 1 5-3 8
3 Sumqayıt 5 2 2 1 7-5 8
4 Neftçi 5 2 1 2 5-6 7
5 Sabah 5 2 0 3 6-6 6
6 Qarabağ 4 1 2 1 5-4 5
7 Qəbələ 5 0 4 1 3-6 4
8 Səbail 4 1 0 3 5-7 3

Bombardirlər:

Əli Qurbani ("Sumqayıt") - 5 qol
Namiq Ələsgərov ("Neftçi") - 3 qol
Davit Volkov ("Zirə") - 3 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Ovusu Kvabena ("Qarabağ") - 2 qol
Ramil Şeydayev ("Sabah") - 2 qol
Rauf Əliyev ("Səbail") - 2 qol
Klesio Bauk ("Zirə") - 2 qol
Silvio Rodriqes ("Keşlə") - 2 qol

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi