Azərbaycan Premyer Liqasının 3-cü turu iki komanda üçün yubileylə əlamətdar olacaq.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bütün çempionatların iştirakçısı olan “Qarabağ”la “Neftçi” əvvəl güclülər dəstəsi, sonradan Premyer Liqa adlanan yarışda 800-cü oyununa çıxacaq. Yarışın tarixində ən çox matç keçirən iki komanda bu turda bir-biri ilə üz-üzə gələcək.
“Azərsun Arena”da keçiriləcək görüşdə 800-cü dəfə meydana çıxacaq rəqiblər indiyədək 29 çempionatda 799 matç keçirib. Qələbəyə görə üç xal prinsipi ilə hesabladıqda “Qarabağ”la “Neftçi” indiyədək eyni sayda - 1530 xal toplayıb.
Qələbə sayında “Neftçi” “Qarabağ”dan üstündürsə, heç-heçələrdə Ağdam klubu öndədir. Paytaxt təmsilçisi daha çox uduzsa da, vurulan qol sayında və top fərqində rekordçudur. Eyni sayda oyunda eyni xal toplayan komandaların buraxdığı qollarda da tarazlıq hökm sürür.
800-cü oyun həm də iki rəqibin bir-biri ilə 80-ci matçı kimi tarixə düşəcək. Yəni, klublar keçirdiyi qarşılaşmaların 10 faizini öz aralarında oynayıb. Bu görüşlərdə “Qarabağ” 29, “Neftçi” 20 qələbə qazanıbsa, 30 dəfə heç-heçə qeydə alınıb. Top fərqində də "Qarabağ" üstündür – 84:71.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze