Türkiyədə “Qarabağ”a dəstək pankartı

Türkiyədə “Qarabağ”a dəstək pankartı
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2020 / 22:56 1889
-  A +

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Qarabağ” – “Vilyarreal” matçının keçirildiyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycan və “Qarabağ”a dəstək xarakterli plakatlar yerləşdirilib.
 
Qol.az xəbər verir ki, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar” tipli pankartlar açılıb.
 
Oyun üçün İstanbula yollanan azərbaycanlı jurnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Bu səbəbdən Ağdam klubu "Vilyarreal"ı İstanbulda qəbul edir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi