"Vətəndaşlar azərbaycanlı olduqları üçün qürur duyurlar" - Romero

"Vətəndaşlar azərbaycanlı olduqları üçün qürur duyurlar" - Romero
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2020 / 15:55 2962
-  A +

“Qarabağ”ın  futbolçusu Xayme Romero Azərbaycandakı vəziyyət və Qarabağ münaqişəsi haqda danışıb.

Qol.az “Holenews”a istinadən xəbər verir ki, ölkənin təhlükəsiz olduğunu bildirən 30 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la qarşılaşacaqları matçın da əhəmiyyətli olduğunu deyib: 

“Qarabağ” bu münaqişənin getdiyi bölgənin adıdır. Baş məşqçi bizə ölkəni və həmin bölgəni təmsil etidiyimizi tamamilə açıq şəkildə izah edib.

Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur. Məni burada təsirləndirən şey isə  vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir.

Komandaya çox tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 ildir ki, avrokubokların qrup mərhələsində oynayır. Bakı isə möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi. “Qarabağ”da xoşbəxtəm".

Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Qarşılaşma əvvəllər heç vaxt oynamadığımız stadionda olacaq. "Vilyarreal" qrupun favoritidir. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qələbə üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik.

Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçı Bakı vaxtı ilə 21:50-də başlayacaq.


 

Daha çox


Son xəbərlər