"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2020 / 10:50 2227
-  A +

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Qol.az xəbər verir ki, bu, 6-cı turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.

Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib. "Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.(pfl.az)

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi