AFFA-nın baş katibi Elxan Məmmədov "Leaders Under 40 Awards" illik mükafatının idman sahəsində "Liderlik" kateqoriyası üzrə mükafata layiq görülüb.
Qol.az-ın mükafatın rəsmi saytına istinadən yaydığı xəbərə görə, laureatların mükafatlandırılması mərasimi dünən Londonda Milli Tarixi Muzeyində keçirilib.
"Leaders Under 40 Awards" hər il idman biznesinin yaşı 40-dan artıq olmayan ən istedadlı idarəçilərinə təqdim edilir.
Mükafatın rəsmi saytında qeyd olunub ki, Elxan Məmmədov ölkəmizdə futbol federasiyasını yenidən strukturlaşdırıb, böyük sayda gənclərin cəlb edilməsiylə futbolun və qadın futbolunun inkişafı üçün uzunmüddətli strategiya təsdiq edib, indi milli komandalar, Premyer Liqa klubları və UEFA tərəfindən istifadə olunan futbol infrastrukturlarını genişləndirib.
Qeyd edək ki, mükafat ümumilikdə 5 nominasiya - "Rəqəmsal texnologiyalar", "Sahibkarlıq", "Liderlik", "Marketinq və PR" və "Satış" üzrə təqdim olunur.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir