Çexiya millisinin baş məşqçisi Krel Yarolim DÇ-2018-in seçmə mərhələsində Almaniya və Azərbaycanla keçiriləcək oyunlar haqda fikirlərini bölüşüb.
Qol.az-ın məlumatına görə, yerli mətbuata açıqlamasında o, iki fərqli oyun olacağını deyib:
“Bizi tam fəqli xarakterli iki oyu gözləyir. Almaniya millisi bizim üçün böyük problem deməkdir. Rəqibin demək olar ki, zəif nöqtəsi yoxdur. Lakin səfərdən xoş sürprizlə qayıda bilərik. Bu, baş versə, xoşbəxt olaram.
Azərbaycanla görüşə gəldikdə isə rəqib bizə qarşı müdafiədən oynayacaq. Bu komanda məğlub ediləsi rəqibdir. Belə də olacaq".
Qeyd edək ki, Çexiya millisi oktyabrın 8-də səfərdə Almaniya, 3 gün sonra öz meydanında Azərbaycanla qarşılaşacaq.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər