“Sent Etyen”nin hücumçusu “Qəbələ”yə qarşı oynamayacaq

“Sent Etyen”nin hücumçusu “Qəbələ”yə qarşı oynamayacaq
XƏBƏR 4 Oktyabr 2016 / 01:38 2488
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Fransanın “Sent Etyen” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı hücumçusu Romen Amuma zədələnib.

O, dünən “Lion”a qarşı keçirilən görüşdə sol budundan xəsarət alıb. Müayinədən sonra məlum olub ki, Amumanın zədəsi ciddidir.

“Sent Etyen”in aparıcı üzvü 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, Amuna “Qəbələ”yə qarşı keçiriləcək matçlarda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, “Qəbələ” “Sent Etyen”lə səfərdə oktyabrın 20-də, evdə isə noyabrın 3-də qarşılaşacaq.

Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner