Ronaldo Lissabonda otel açdı – Şəkil

Ronaldo Lissabonda otel açdı –  Şəkil
XƏBƏR 3 Oktyabr 2016 / 17:18 5032
-  A +

Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın paytaxtı Lissabonda otel tikdirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, CR7 şəbəkəsinə aid olan otel 4 ulduzludur.

Portuqaliyalı futbolçu otelin açılışında təəssüratlarını bölüşüb: “Həyat təkcə futbol demək deyil. Futbol mənim ehtirasımdır, ancaq gələcəyim haqda da düşünməliyəm. Lissabonda 7 il keçirmişəm. Burada otel açmaq şansını əldən verə bilməzdim”.
 
Qeyd edək ki, Ronaldo bundan əvvəl doğulduğu Funşal şəhərində də otel açmışdı.


Qarabağ FK
Son xəbərlər
13.09.26  23:13

Haalanddan yeni rekord

topaz banner