Tanınmış futbolçu Luis Saha bu gün "Qarabağ"ın bazasını ziyarət edib.
Qol.azp-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Saha klubun icraçı direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovla kiçik toplantı keçirib və Azərbaycan futbolu haqda fikir mübadiləsi aparıb. Görüşün sonunda futbolçuya "Qarabağ"ın "9" nömrəli forması hədiyyə olunub.
Luis Saha daha sonra komanda üzvləri ilə də bir araya gəlib. Komandaya və baş məşqçi Qurban Qurbanova uğurlar arzulayıb. O, "Qarabağ"ın Avropada layiq olduğu yerə gələcəyinə inandığını bildirib.
Xatırladaq ki, Luis Saha Fransa millisində 20 oyuna çıxıb, "Mançester Yunayted", "Tottenhem", "Latsio" kimi klubların şərəfini qoruyub.
Yuxarı
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım