Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyə superliqasının 6-cı turunun “Karabükspor”la oyununun heyətində yer alıb.
Qol.az-ın xəbərinə görə, “Trabzonspor”un baş məşqçisi Ərsun Yanalın səfərdəki matça apardığı futbolçular arasında 20 yaşlı futbolçumuz da yer alıb.
Trabzon qəzetləri güman edir ki, R.Şeydayev “Karabükspor”la oyunda superliqada debüt edə bilər.
Xatırladaq ki, “Karabükspor” – “Trabzonspor” matçı bu gün Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi