Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Azərbaycan futbolunun sovet dövrü heç şübhəsiz ki, “Neftçi” ilə bağlıdır. SSRİ dövründə ölkəmizin bütün bölgələri, futbol məktəbləri bir qayda olaraq bu klub üçün çalışır, bu klub üçün futbolçu yetişdirir. Bu mənada hazırda veteran statusu daşıyan sabiq futbolçularımızın keçmişi demək olar ki, 90-95 faizi “Neftçi” ilə bağlıdır. Bu futbolçulardan ikisi də Cavadov qardaşlarıdır. Yəqin ki, söhbətin kimdən getdiyini təxmin etdiniz. Bəli, Füzuli və İsgəndər Cavadov qardaşlarından söz açacağıq. Ümumiyyətlə, dünya futbolunda futbolçu ailələri çox olub. O cümlədən bizdə də bu cür ailələr, o ailədən çıxan futbolçu qardaşlar olub. Hələ ötən əsrin 60-cı illərində “Neftyanik”də oynamış Adil və Yaşar Babayev qardaşlarını misal çəkmək olar. Onlardan sonra 70-80-cı illərdə az öncə haqqında söhbət açdığımız Cavadov qardaşları futbol səhnəmizdə olub. Düzdür, Babayevlərdən fərqli olaraq, Cavadovlar bir yerdə yox, ayrı-ayrı illərdə “Neftçi”nin formasını geyiniblər. Müstəqillik dönəmində isə Samir Ələkbərov-Aydın Ələkbərov qardaşları “Neftçi”də, Müşviq Hüseynov-Yaşar Hüseynov qardaşları “Qarabağ”da, Ruslan Poladov-Elşən Poladov qardaları isə “İnter”də birlikdə oynayıblar. Lakin qeyd etdiyimiz kimi, bu yazımızın mövzusu Cavadov qardaşlarıdır. Yaşlı və orta nəsil onları heç də pis tanımır, oyunlarına da baxıblar. Lakin cavan nəslin Cavadovlar haqda bilmədiyi çox şey var Yalnız Füzuli Cavadovun oğlu Vaqif Cavadovun oyunu haqda məlumatları var. Ümumiyyətlə, Cavadovları idmançı ailəsi saymaq olar. Füzuli və İsgəndərin ataları Cavad fəhlə işləsə də, idmana böyük maraq göstərirdi. Bu da səbəbsiz deyildi. Gənciliyində o da futbolçu olmaq istəyirdi. Lakin bu istəyinə çata bilməyib. Buna baxmayaraq, futbola, ümumilikdə idmana sevgisini uşaqlarına aşılaya bildi. Bu arada maraq üçün bildirək ki, İsgəndərgil çoxuşaqlı ailə olub. Cavad kişinin doqquz övladından səkkizi aktiv idmanla məşğul olub. Bu uşaqlardan ikisi sonradan Azərbaycan futbolunda ad çıxarmış Füzuli və İsgəndər Cavadovlardı.
Qürbətdə başlayıb “Neftçi”də çiçəklənən və qürbətdə bitən karyera
Füzuli Cavadov futbola bir qədər gec başlayıb. Gec deyəndə o qədər də gec demək olmaz. Sadəcə, futbolda ilk addımlarını atanda artıq 12 yaşı var idi. O, indiki Bakıxanov qəsəbəsindəki stadionda futbolun sirrlərini öyrənməyə başlayıb, bu idman növünün sehrinə düşüb. Ümumiyyətlə, keçmiş “Razin” adlanan bu məkan sovet dövründə Azərbaycan futbolunun qaymaqlarının cəm olduğu məkan olub. Çünki Azərbaycanda fəaliyyət göstərən internet tipli məktəb məhz burada idi. Bir növ indiki futbol akademiyasının funksiyasını daşıyırdı. Füzuliyə futbolun sirlərini Şirəli Şirəliyev öyrədirdi. Böyük Cavadov heç də pis futbolçu deyildi. Lakin futbola gec başlaması onun ölkənin əsas komandası olan “Neftçi”yə düşməsinə iman vermədi. Həmin vaxtlar paytaxt klubuna düşmək çox çətin idi. Füzuli də bunu anlayaraq Azərbaycanı tərk edir və Rusiyanın Rostov şəhərinə üz tutur, futbolçu karyerasını orada davam etdirməyə qərar verir. Maraq üçün qeyd edək ki, həmin vaxt Füzulinin özündən başqa iki qardaşı da Rostovda futbol oynayırdı və tək bu şəhərdə yox, həmin vilayətdə yaxşı ad-san qazanmışdıar. Bu baxımdan Füzuli üçün Rostov həyatına uyğunlaşmaq problem olmadı.
Vilayət birinciliyində çıxış etməsinə baxmayaraq onun bacarığı tezliklə ətrafa yayılır və o, şəhərin əsas komandası olan OİK-ə dəvət alır. Bu, artıq sözün əsl mənasında böyük futbola başlamaq idi. Çünki vilayət komandası, vilayət çempionatı ilə müqayisədə OİK peşəkar komanda idi. Beləliklə, bununla da Füzulinin futbolçu olmaq arzusu gerçəkləşir. Hətta o, 1972-ci ildə OİK-in tərkibində SSRİ çempionatının güclülər dəstəsində debüt etməyi də bacarır. Taleyin qismətindən həmin il bir vaxtlar Füzulinin heyətinə düşməsi mümkünsüz görünən və xəyal olaraq qalan “Neftçi” güclülər dəstəsini tərk edir. Füzuli isə güclülər dəstəsinə gəlir. Həmin dövr “Neftçi”ni yenidən, özü də tezliklə güclülər dəstəsinə qaytarmaq üçün Bakıda təcili, təxirəsalınmaz işlərə start verilir, heyətin gücləndirilməsinə başlanılır. Buna görə də kənarda oynayan Azərbaycan futbol məktəbinin yetirmələrini Respublikaya dəvət edirlər. Dəvət olunanlar arasında Füzuli də var idi. Hansı ki, az öncə qeyd ediyimiz kimi, bir neçə il qabaq “ağ-qaralar”ın formasını geyinməyin xəyal olduğunu görüb ölkəni tərk etmişdi. Komanda I dəstədə oynamasına baxmayaraq, Füzuli Bakıdan gələn təklifi qəbul edir və geri qayıdır. “Neftçi”də oynadığı ilk mövsümdə o, komandanın əsas fiqurlarından birinə çevrilə bilir və ardıcıl 3 mövsüm paytaxt klubunun əsl lideri olur. Həm hücumçu, həm də yarımmüdafiəçi kimi oynadığından Füzuli əsl bombardirlik keyfiyyətini üzə çıxarda bilmir. Hərçənd sürəti və başla gözəl oyunu buna imkan yaradırdı. “Neftçi”nin 1976-cı ildə güclülər dəstəsinə qayıdışından sonra da o, öz liderlik keyfiyyətlərini göstərməkdə davam edir. Ancaq 1979-cu ildə komandaya Əhməd Ələsgərovun baş məşqçi gəlməsi onun “Neftçi”dəki çıxışlarına son qoyur. Ələsgərovun “Neftçi”də yenidənqurma siyasəti aparması nəticəsində bir çox oyunçular komandadan xaric edilir. Füzuli o vaxt azarkeşlərin də sevimlisi olduğundan Ələsgərov onu hansı bəhanə ilə heyətdən çıxarmaq üçün çox baş sındırır. Yekunda özünü sığortalamaq üçün baş məşqçi Füzulini yanına çağırıb deyir: “Komandada Cavadovlardan yalnız biri qalmalıdır”. Bundan sonra qardaşı İsgəndərin futbolçu karyerasına mane olmamaq üçün “Neftçi”ni tərk edir. Lakin futbol oynamaq üçün o, yenidən Azərbaycanı tərk edir. Beləliklə, futbolçu karyerasını ölkədən kənarda başlayan Füzuli, onu elə ölkədən kənarda da bitirmək məcburiyyətində qalır.
“Bundan futbolçu olmaz dedilər”, gəldi ulduz oldu
Füzulidən fərqli olaraq, İsgəndər daha tanınan sima, daha məşhur futbolçu olmağı bacardı. Qardaşından fərqli olaraq o futbolla daha erkən yaşlarından məşğul olmağa başladı. Buna səbəb isə özündən böyük 3 qardaşının bu idman növü ilə bağlılığı idi. İsgəndər də futbola Bakıda başlayır və futbolun incəliklərini Eduard Cəbrayılovun rəhbərlik etdiyi qrupda öyrənməyə başlayır. Sonra isə 6 nömrəli idman-internat məktəbə gedir və futbolçu fəaliyyətini orda davam etdirir. Tezliklə onu “Neftçi”nin əvəzedici heyətinə dəvət edirlər. Lakin ilk təlim-məşq toplanışından sonra üstünə “zəif” damğası vurub komandadan xaric edirlər. Bu arada haşiyəyə çıxıb deyək ki, İsgəndərin uşaq futbolunda yanına getdiyi ilk müəllimi də ona eyni “damğa”nı vurmuş, “Bu arıq-çəlimsiz uşaqdan futbolçu çıxmaz” deyib onu qrupdan kənarlaşdırmışdı. Beləliklə, “Neftçi”nin əvəzedici komandasına lazım olmayan İsgəndər o vaxt SSRİ birinciliyinin 2-ci liqasının 9-cu zonasında çıxış edən Sumqayıtın “Xəzər” komandasına yollanır. Lakin burada da uğursuzluq onu tərk etmir. Belə ki, ğursuz mövsüm keçirən “Xəzər” demək olar ki, dağılır. Vəziyyət belə olunca Cavadov yenidən Bakıya qayıdır və “Avtomobilçi”yə keçir. 1976-cı ildə isə yendən “Neftçi”nin əvəzedici heyətinə dəvət alır və bu dəfə hər şey tamam fərqli olur. Uğursuzluq sindromuna son qoyan qəhrəmanmız bu dəfə nəinki özünü sübut edir, hətta tezliklə komandanın kapitanı olur.
İsgəndərin “Neftçi”nin əsas heyətindəki debütü isə 1977-ci ilə təsadüf edir. O vaxt artıq komandanın baş məşqçisi Bondarenko Cavadovun perspektivini görərək onu “Şaxtyor”la səfər oyununun sonlarında meydançaya buraxır. Bu həm də Cavadov qardaşlarının eyni anda meydançada olduqları ilk an idi.
Avropa klublarına qol vuran ilk azərbaycanlı
Yazının Füzuli ilə bağlı hissəsində qeyd etdiyimiz kimi, Əhməd Ələsgərov qardaşları ayırandan sonra İsgəndər “Neftçi”də tək qalır. Buna baxmayaraq uğurlu karyerasını sürətlə qurmağa başlayır. 1978-ci ildən başlayaraq komandada 4 il ardıcıl uğurlu mövsüm keçirir. Hətta “Neftçi”dəki baş məşqçi dəyişiklikləri də onun oyununa təsir etmirdi. İsgəndər baş məşqçinin kimliyindən aslı olmayaraq daimi olaraq əvəzedilməz futbolçu kimi meydançaya çıxırdı. Artıq digər komandalardan ona təkliflər gəlməyə başlayır ki, bunlar arasında Moskva klubarı da var idi. Məhz bu təkliflərin biri də “Dinamo”dan olur və Cavadov bu kluba keçir. O, “Dinamo”nun heyətində də öz sözünü deyir və UEFA kubokunda Polşanın “Şlensk” klubunun qapısından qol keçirməyi də bacarır. Bununla da o, rəsmi oyunlarda Avropa klublarına qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşür. Lakin təəssüf ki, SSRİ yığmasına düşmək perspektivinə baxmayaraq, onun Moskvadakı çıxışları çox çəkmir. Moskvada Azərbaycan KP MK-nin birinci katibi Kamran Bağırovla görüş zamanı futbolçuya respublikanın çoxsaylı azarkeşlərinin xahişi ilə doğma kluba qayıtmaq təklif olunur. Cavadov özü də Bakya qayıtmaq istəsə də, “Dinamo” onu buraxmırdı. Belə olan halda Sov. İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyev işə qarışır və məsələ həll olunur.
Erməni xisləti
“Neftçi”yə döndükdən sonra o, yenidən əsli liderə çevrilir, komandanın kapitanı olmaqla oyunçu yoldaşlarını arxasınca aparmağı bacarır. Cavadov SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzedilmədən keçirərək bu göstərici üzrə “Neftçi”nin rekordçusu olur.
Keçən əsrin 80-ci illərində İsgəndər Cavadov-Maşallah Əhmədov-İqor Ponomaryov “üçlüy”ü nəinki respublikamızda, hətta bütün İttifaqda səs salmışdı. Məhz bu möhtəşəm “üçlük” istənilən oyunun taleyini həll etməyə qadir idi. Bu “üçlüy”ün sivri ucunda isə məhz Cavadov dururdu.
SSRİ çempionatının görüşlərinin birində isə o tullanaraq, topu başının üzərindən qayçıvari hərəkətlə qapıdan keçirə bilir. İqor Ponomaryovun künc zərbəsindən qaldırdığı ötürmədən sonra vurulan həmin qol bütün SSRİ-yə səs saldı. Lakin “mövsümün ən yaxşı qolu” müsabiqəsində münsiflər heyətinin rəhbəri erməni Nikita Simonyanın futboldankənar səbəblərə görə tutduğu mövqe bu möhtəşəm qolu turun ən yaxşı qolları siyahısına da daxil edilmsinə imkan vermədi. Xatirinizdədirsə, bu yaxınlarda saytımıza müsahibəsində Arif Əsədov da SSRİ olimiya yığmasından məhz Simonyanın müdaxiləsi ilə xaric olunduğunu bildirmişdi.
80-ci illərin sonunda “Neftçi”nin güclülər dəstəsindən çıxması ilə bərabər İsgəndər də futbolla vidalaşdı. Karyerası ərzində vurduğu 53 qol sayəsində o, SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşə bildi.
Futbolçu karyerasını başa vurandan sonra Cavadov ADU-nun (indiki BDU) hüquq fakültəsini bitirərək başqa sahədə çalışmağa başladı. Bunun nəticəsində o, bir müddət futboldan kənar qaldı. Lakin futbola sevgi onu yenidən bu sahəyə qaytardı. Bir müddət AFFA İcraiyyə Komitəsində işləyən Cavadov AFFA prezidentliyinə namizədliyini də irəli sürmüşdü.
“Neftçi”dəki çıxışları yüksək qiymətləndirilən İsgəndər Cavadov 2006-cı ildə ölkə prezidenti İlham Əliyev tərəfindən “Şöhrət ordeni” ilə təltif olunub.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları