"Kəpəz"dən belə oyun gözləmirdim" – "Admira"nın baş məşqçisi

XƏBƏR 21 İyul 2016 / 00:01 8161
-  A +

"Mənə elə gəlir ki, siz də mənimlə razı olarsız, 90 dəqiqə çətin oyun oldu. "Kəpəz"i alqışlayıram. Sevinirəm ki, 90 dəqiqə sonunda turu keçən komandam oldu".

Bu fikirləri "Kəpəz"i Avropa Liqasında mübarizədən kənarlaşdıran Avstriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer deyib.

O, 2:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra keçirilən mətbuat konfransında həm komandamız, həm də azərbaycalılar haqda xoş sözlər bildirib: "Kəpəz" 1 həftə bundan qabaqkı taktikayla oyuna çıxmışdı. Rəqibdən belə oyun gözləmirdim. Matçın sonunda rəqib çoxsaylı hücumlar təşkil etdi. Komanda ən çox müdafiədə oynadı və ona görə də xüsusilə fərqlənən futbolçu olmadı. Hücumda isə Da Silva digər oyunçulardan fərqlənirdi. Növbəti rəqibimiz "Slovan" Avropada ötən il mübarizə aparıb. Qrup mərhələsində Avroliqayla vidalaşmışdı. Rəqibin gücü bəllidir. Biz isə diqqətimizi Avstriya çempionatındakı oyuna yönəldirik. Buradan xoş əhval-ruhiyyə ilə ayrılırıq və hər şeyə görə çox sağ olun" (Sportnet.az).

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner