Superkubokun hakimləri müəyyənləşdi

XƏBƏR 20 İyul 2016 / 17:35 4828
-  A +

UEFA superkuboku çərçivəsində İspaniyanın "Real" (Madrid) və "Sevilya" klubları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Norveçdə keçiriləcək oyunu serbiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Milorad Maziç olacaq. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç köməklik edəcək. Polşalı Simon Marçinyak isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tronheym şəhərinin "Lerkendal" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner