Şvaynştayger Türkiyə superliqasında oynaya bilər

Şvaynştayger Türkiyə superliqasında oynaya bilər
XƏBƏR 19 İyul 2016 / 11:12 8808
-  A +

"Mançester Yunayted"in futbolçusu Bastian Şvaynştayger karyerasını Türkiyə superliqasında davam etdirə bilər.

Qol.az-ın "Fanatik"ə istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu "Beşiktaş"ın maraq dairəsinə düşüb.

İstanbul təmsilçisi yaxın günlərdə almaniyalı futbolçu ilə danışıqlara başlayacaq. "Beşiktaş" Şvaynştaygeri bir illiyinə icarəyə götürməyi planlaşdırır. Almaniya yığmasının üzvünün bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Mançester Yunayted"in heyətində 37 oyun keçirən Şvaynştayger 1 qol vurub.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner