Qvardiolanın yeni köməkçisi bəlli oldu

Qvardiolanın yeni köməkçisi bəlli oldu
XƏBƏR 3 İyul 2016 / 17:24 8284
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni köməkçisi bəlli olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mikel Arteta yeni mövsümdən Qvardiolanın köməkçiləri sırasında yer alacaq.

Ötən mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatan 34 yaşlı futbolçu karyerasını başa vurub. London təmsilçisi ona yeni müqavilə təklif etsə də, Arteta məşqçiliyə başlamaq qərarına gəlib.

Qeyd edək ki, 2011-2016-cı illərdə "Arsenal"da oynayan Arteta keçirdiyi 110 oyunda 14 qol vurub.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner