Bakının «Neftçi» klubu qış fasiləsində üç-dörd futbolçu ilə müqavilə bağlamağı planlaşdırır. Bu haqda Qol.Az saytına «Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, komandaya bir hucümçu, bir orta sahə oyunçusu və bir stopper cəlb etməyi nəzərdə tuturlar. Yanvarın 9-da Bakıda təlim-məşq toplanışına başlayacaq «Neftçi»də 6-7 futbolçunun baxışdan keçəcəyi gözlənilir. V.Sadıqov baxışa çağırılacaq futbolçuların siyahısının geniş olduğunu, bu səbəbdən onların adlarını açıqlamaq istəmədiyini deyib. Bildirib ki, «Neftçi»nin yanvarın 12-də «Olimpik» və yanvarın 15-də «Karvan»la keçirəcəyi yoxlama oyunlarında baxışa dəvət edilən futbolçular sınaqdan keçiriləcək. «Biz istərdik ki, müqavilə bağlayacağımız üç-dörd futbolçuyla bağlı yekun qərarı məhz bu yoxlama oyunlarından sonra verək. Əgər alınmasa, bu halda həmin futbolçular Türkiyədə keçirəcəyimiz təlim-məşq toplanışında bir daha sınaqdan keçiriləcək».
V.Sadıqov Antalyadakı təlim-məşq toplanışının yanvarın 17-dən 28-dək davam edəcəyini söyləyib. «Antalyada dörd yoxlama oyunu keçirəcəyik. Yanvarın 19-da Rumıniyanın «Qloria», yanvarın 22-də Türkiyənin «Antalyaspor», yanvarın 25-də isə Ukraynanın «Çernomorets» komandasıyla qarşılaşacağıq. Yanvarın 27-də yoxlama görüşü keçirəcəyimiz sonuncu rəqibin adı isə biz Antalyaya gədənə kimi müəyyənləşəcək».
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi