Üç gündür "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirən "Simurq"un baş məşqçisi Roman Pokora vacib qarşılaşma ərəfəsində gözlənilməz problemlərlə üzləşib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, xəstəliyi üzündən uzun müddətdir oynamayan Camal Məmmədov, zədəli Vüsal Qarayev və dizindəki problemlərə görə "Qarabağ"la matçı buraxan Kaxaber Çxetianidən əlavə, bu bazar günü Zqatala təmsilçisi bir neçə futbolçunun xidmətindən məhrum ola bilər. Bunların arasında "Simurq"un aparıcı üzvləri - kapitan Aleksandr Malıgin və vitse-kapitan Elşən Məmmədov da var.
Artıq bir neçə gündür düşərgədə qrip epidemiyası başlayıb. Malıgin və Məmmədovla yanaşı, Fuad Əhmədov, Samir Abdulov, Sergey Sokolov və Teymuraz Qonqadze də məşqlərdə iştirak etmirlər. Yüksək hərarəti olan futbolçular hazırda təcrid olunublar və müalicələri davam edir. Bundan başqa, baş məşqçi Roman Pokora özü, o cümlədən, komandanın həkimi, massajçısı və inzibatçısı da yüksək hərarətdən əziyyət çəkirlər. Futbolçular sabahkı məşqə qədər sağalsalar, həkimlər onların "Neftçi" ilə görüşdə meydançaya çıxmalarına icazə verə bilərlər.
Xatırladaq ki, məhz yüksək hərarət və qrip üzündən "Qarabağ"la son turun görüşündə Elşən Məmmədov oyuna sonradan daxil olmuş, meydançaya çıxa bilməyən Qonqadzenin əvəzinə isə Andrey Sokolenko mübarizə aparmışdı.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi