“Bakı”nın prezdenti, AFFA İcraiyyə Komtəsnin üzvü Hafiz Məmmədovun müsahibəsi
- Əvvəlcə, istərdik arxada qalan ili dəyərləndirəsiniz. 2009-cu ildə “Bakı”nın çıxışını necə qiymətləndirirsiniz?
- 2009-cu il “Bakı” üçün uğurlu oldu. Bilirsiniz, komandamız ölkə çempionu olaraq Çempionlar Liqasında və Avropa Liqasında Azərbaycanımızı təmsil etdi. Avropa Liqasının pley-off mərhələsinə qədər irəlilədi. Müxtəlif səbəblərdən çıxışımızı dayandırmalı olduq. Buna rəğmən komandanın çıxışını uğurlu hesab edirəm. Nədənsə cari mövsümün əvvəlində komandamız uğursuzluq zolağına düşdü. Ancaq belə demək mümkünsə, pis günlər arxada qalıb. Bildiyiniz kimi, “Bakı” sonuncu Azərbaycan çempionu kimi ölkəmizi Moskvada keçiriləcək turnirdə təmsil edəcək. Heyəti gücləndirmək üçün transfer çalışmalarına start vermişik. Yeni ilin əvvəlində tamam fərqli “Bakı” görəcəksiniz.
- Sizin də dediyiniz kimi, “Bakı” mövsümə uğursuz start verdi. Siz bunun səbəbini nədə görürsünüz?
- Bu barədə çox araşdırma apardıq. Ən böyük səbəblərdən biri yay transfer pəncərəsində edilən tələm-tələsik transferlər idi. Sonra özümüz üçün statistik araşdırma aparıb müəyyənləşdirdik ki, komandamızın orta yaş həddi 30-31-dir. Mənə elə gəlir bu da çox vacib amillərdən biridir. Ancaq bu, futboldur. Futbolda həmişə uğurlu-uğursuz vaxtlar olur. Uğurlu çıxışımızdan sonra uğursuzluğa düçar olduq. Yenə deyirəm, məncə, çempionata uğursuz start verməyimizin ən böyük səbəbi futbolçularımızın yaşlarının çox olması və yayda həyata keçirdiyimiz tələsik transferlər idi.
- Klubun prezidenti kimi “Bakı”nın hazırda turnir cədvəlindəki mövqeyi sizi qane edirmi?
- Əlbəttə xeyr. “Bakı” həmişə yüksək yerlər uğrunda mübarizə aparan komanda olub. Əgər klubumuz bu gün 5-ci və ya 6-cı pillədə qərarlaşırsa, bu, məni qane edə bilməz. Yenə deyirəm, bunun da əsas səbəbi mövsümün əvvəlindəki uğursuz çıxışımızdır. Hansı ki, həmin oyunlarda itirilən xallar komandamızın aşağı mövqelərdə qərarlaşmasına səbəb olub. Ancaq turnir cədvəlinə nəzər yetirsək ilk 7 pillədəki komandaların aralarında o qədər də böyük fərqin olmadığını görərik. Yəni sabah hər hansı bir komanda 7-ci pillədə ola bilər və ya 1-ci sıraya yüksələ bilər. Ona görə də bir qədər gözləmək lazımdır. Qarşıda çoxlu oyunlar var.
- “Bakı” yanvarda Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrinin çempionlarının Birlik kuboku”nda ölkəmizi təmsil edəcək. Siz bu turnirdən nə gözləyirsiniz?
- Düzdür, vaxtımız azdır. Ancaq qış transferlərindən çox şey asılı olacaq. Çünki belə bir heyətlə hansısa bir uğura imza atmaq çox çətin olar. Planlarımız böyükdür, ancaq indidən heç nə demək istəmirəm. İnşallah, yaxın günlərdə hər şeydən xəbəriniz olacaq. Əsas məqsədimiz odur ki, uğurlu çıxış edərək azarkeşlərimizi sevindirək.
- Artıq “Neftçi” və “Xəzər-Lənkəran” bir dəfə bu kuboku ölkəmizə gətiriblər. Sizcə, “Bakı” eyni uğuru təkrarlaya biləcəkmi?
- Əlbəttə, bizim də istəyimiz məhz budur. Əsas arzularımızdan biri də odur ki, “Bakı” futbol klubunun muzeyini “MDB və Baltikyanı ölkələrinin çempionlarının Birlik kuboku” ilə zənginləşdirək. Əgər “Neftçi” və “Xəzər-Lənkəran” bunu ediblərsə, nəyə görə “Bakı” azarkeşləri sevindirməsin? Biz də çalışacağıq ki, finala qədər irəliləyək və kuboku ölkəmizə gətirək.
- Qış transfer pəncərəsi vaxtında yeni transferlər ediləcəyini dediniz. Maraqlıdır ki, “Bakı” super transferə imza atacaqmı?
- Bir çox futbolçu ilə danışıqlarımız davam edir. Özünüz görəcəksiniz, çox maraqlı futbolçular transfer edəcəyik. Çalışırıq ki, tanınmış futbolçuları heyətimizə cəlb edək. Ancaq bunun üçün ilk öncə infrastrukturumuzu yaxşılaşdırmalıyıq. Bilirsiniz ki, bazamızın inşası davam edir. Onu deyə bilərəm ki, həqiqətən səviyyəli futbolçularla danışıqlar aparırıq. Bəyəniləsi legionerlərdir.
- Adları məlumdur?
- Bəli, bəzilərinin adları məlumdur. Ancaq onu mətbuata açıqlamaq hələ tezdir.
- Yaxşı futbolçuların ölkəmizə gəlməsi üçün infrastrukturun yaxşı olmasının vacibliyini dediniz. Bilirik ki, “Bakı” bu istiqamətdə ciddi işlər görür. Hazırda bazanın inşası nə yerdədir?
- Bu ilin sonuna qədər bir çox işlər başa çatacaq. Artıq süni örtüklü meydança hazırdır, təbii ot örtüyü də yaxın günlərdə tam hazır olacaq. Baş məşqçinin tələblərinə uyğun olaraq, futbolçuların rahatlığı üçün inşa olunan bazanın işləri yekunlaşmaq üzrədir. Gələn ilin mart ayına qədər digər yaş qrupu üzrə komandalarımızın hamısının normal məşq etmələri üçün infrastruktur tam hazır olacaq. Bir sözlə, hələ 2-3 ay vaxt lazımdır.
- Baş məşqçi Bülənt Qorxmaz təqdimat mərasimində bildirmişdi ki, “Bakı”nı istədiyi səviyyəyə çatdırmaq üçün 3-4 ilə ehtiyacı var. Əgər qarşıdakı 3-4 il ərzində komanda sizin və Qorxmazın istədiyi səviyyəyə çatmasa yollarınızı ayıracaqsınız, yoxsa onunla iş birliyini davam edəcəksiniz?
- Bülənt Qorxmaz tanınmış futbolçu olub. Bir futbolçu kimi qazandığı uğurları məşqçi kimi təkrarlayacağına inanıram. O, 3-4 il dedikdə, mənə elə gəlir ən yüksək həddi nəzərdə tutur. Hansı ki, Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək səviyyədə bir klub. Ancaq “Bakı”nın uğurlu çıxış etməsi, ötənilki nailiyyətini təkrarlaması üçün 3-4 il vaxt lazım deyil. Onun üçün yaya qədər müəyyən işlər görüləcək. İnşallah, keçənilki nəticələrdən də yaxşı nəticələrə imza atacağıq.
- Əgər “Bakı” mövsümü istədiyiniz pillədə başa vurmasa, titul qazanmasa bunu uğursuzluq hesab edəcəksinizmi?
- Uğursuzluq deyəndə nəyi nəzərdə tutursunuz? Yəni ilk “6-lıq”a düşməsə? Əlbəttə, bu, bizi çox kədərləndirər. Hesab edirəm ki, “Bakı”sız Azərbaycan çempionatı maraqlı olmaz. Yəni Azərbaycan çempionatında “Bakı”nın öz yeri, dəsti-xətti var.
Mənbə: “Futbol dünyası” qəzeti
Poqba yenidən zədələnib
“Real”da ayın futbolçusu o seçildi
“Qarabağ” evdə “İmişli”ni belə məğlub etdi - Video
Cüdoçumuz Avropa çempionu oldu
Qurban Qurbanov hücumçu transferi ilə bağlı danışdı
Türkiyə klubunda baş məşqçi istefası
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə çağırıldı
“8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq” - Qurban Qurbanov
Məhəmməd Salaha Səudiyyə Ərəbistanından rekord təklif
"Qarabağ" “İmişli”yə qalib gəldi
“İmişli”nin şikayəti təmin edilmədi
Pedro karyerasının sonuna yaxınlaşır
“Barselona” və “Real” bu hücumçunu transfer edə bilər
"Barselona" "Kamp Nou"ya qayıdış vaxtını açıqladı
Türkiyə Futbol Federasiyası 149 hakimi cəzalandırdı
"Qarabağ" - "İmişli": Heyətlər açıqlandı
Qəbələdə kütləvi futbol festivalı keçirildi
Spaletti "Yuventus" tarixinin ən yaşlısı oldu
"Qarabağ" - "Çelsi" matçına nə qədər bilet satılıb?
Ovusu "Qəbələ"nin tarixinə düşdü
Serbiya millisinin yeni baş məşqçisi açıqlandı
Frimponq daha 5-6 həftə oynamayacaq
"Qalatasaray" Osimhenin təzminat qiymətini müəyyənləşdirdi
Etdiyi hərəkətə görə üzr istədi!
Azərbaycan millisi Banqladeşə gedir
Premyer Liqamızın buhəftəki oyunlarının hakimləri
Libertadores kubokunun finalına yüksəldilər
De Brüyne DÇ-2026-nı buraxa bilər
"Yuventus" yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" Lüksemburq klubu ilə heç-heçə etdi
Azərbaycan komandası Aktauda birinci yeri tutdu
“Seltik” Robertson üçün hərəkətə keçdi
Uzunmüddətli zədədən sonra məşqlərə qayıtdı
“Bavariya” “Milan”ın 33 illik rekordunu geridə qoydu
Azərbaycanın paragüllə atıcısı dünya kubokunda üçüncü oldu
“Yuventus”un hücumçusu Premyer Liqa klublarının hədəfində
“Liverpul”un uzunmüddətli müqavilə planı
Ərdoğan o hakimlər haqda istintaqdan danışdı
Vlahoviç: “Özümü komandanın lideri kimi hiss etmirəm”
Serbiya millisində yeni baş məşqçi
“Barselona” Osimhenlə maraqlanır
U-17 millimiz Moldova ilə heç-heçə etdi