“Neftçi”nin əvəzedici heyətinin yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu post Nazim Əliyevə tapşırılıb.
Bu gün klubun bazasında rəhbərlik N.Əliyevi əvəzedici heyətin futbolçularına təqdim edib. Təqdimetmə mərasimində “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov çıxış edib: “Azərbaycanın bir nömrəli bombardiri olan N.Əliyevin rəhbərliyi ilə inanıram ki, “Neftçi”nin əsas heyətinə istedadlı futbolçular yetişəcək. Əsasən də özü kimi hücumçular hazırlayaraq “Neftçi”nin hücum xəttini gücləndirəcək”.
Həmçinin baş məşqçi Vaqif Sadıqov da N.Əliyevə xeyir duasını verərək futbolçuların öz üzərində daha səylə çalışmalı olduqlarını bildirdi.
Daha sonra məşqçilər- Şakir Qəribov və Arif Əsədov ürək sözlərini bildirərək Nazim Əliyevə uğurlar arzuladılar. Sonda yeni baş məşqçi də çıxış edərək klub rəhbərliyinin ona göstərdiyi etimadı doğruldacağını bildirib.
Nazim Əliyev futbolçu kimi OİK (1983,1985), “Xəzər” (Lənkəran, 1984), “Araz” (Naxçıvan, 1985), “Gənclik” (Bakı, 1986), “Vosxod” (Rusiya, 1987), “Neftçi” (Bakı, 1988), “Xəzər” (Sumqayıt, 1989-93), “Neftçi” (Bakı, 1994-96), “Qarabağ” (Ağdam, 1995-96), “Dinamo” (Bakı, 1997-98), “Kimyaçı” (Sumqayıt, 1998-99) klublarında çıxış edib.
Məşqçi kimi U-18 (1998-99), “Neftçi” (Bakı, 2000), “Qarabağ” (Ağdam, 2001-04), Azərbaycan milli komandası (2007-08), “Terek” (əvəzedicilər, Qroznı, 2009), baş məşqçi kimi “Şəfa” (2004-05), “Ədliyyə” (2004-05), U-21 (2005-06), “Olimpik” (2008) klublarında çalışıb.
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi
Özbəklər bu göstəricidə "birinci" oldu
O da viza ala bilmədi, matçı buraxacaq
İspaniya klubunda yeni baş məşqçi
Çexiya - CAR: Heyətlər
"Bavariya" "Real"ı geridə qoydu
Mundialın rəmzi komandasında kimlər var?
"İnter"dən Kivu qərarı
DÇ-2026 oyununa gedən azarkeşləri atəşə tutdular
"Zirə"nin yay hazırlıq planı bilindi