"Neftçi"yə qarşı yaxşı oynadıq" – "Kəpəz"in futbolçusu

"Neftçi"yə qarşı yaxşı oynadıq" – "Kəpəz"in futbolçusu
XƏBƏR 22 Dekabr 2015 / 10:30 1922
-  A +

"Onu deyə bilərəm ki, “Neftçi”yə qarşı yaxşı oynadıq. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Oyunda daha çox qol vurmaq üçün şanslarımız oldu, ancaq təəssüf ki, bundan yararlana bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Junior Osvaldo Premyer Liqamızın 18-ci turunda "Neftçi" ilə keçirilən oyundan (1:1) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı futbolçu turnir cədvəlinin 5-ci pilləsində qərarlaşmalarının pis nəticə olmadığını bildirib: "Hələlik çempionatın yarısını arxada qoymuşuq, 18 oyun keçirmişik və turnir cədvəlinin 5-ci pilləsindəyik. Məncə, bu, yaxşı nəticədir. Yaxşı istirahət etdikdən sonra səylə hazırlaşıb, mövsümün sonunda arzuladığımız məqsədə çata bilərik".

33 yaşlı yarımmüdafiəçi 90 dəqiqə ərzində komandaya dəstək verən azarkeşlərə təşəkkürünü çatdırıb: "Bütün azarkeşlərə minnətdarıq. Oyunlarımızın hamısında bizi ürəkdən dəstəklədilər. Belə də davam etsinlər. Fanatların dəstəyi ilə uğurlu nəticələrə imza atıb, daha irəliyə gedəcəyik". 

Son xəbərlər