Meksika Futbol Federasiyası yığma komandanın baş məşqçisi Miqel Herreranı vəzifəsindən uzaqlaşdırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna təcrübəli mütəxəssisin hava limanında jurnalistlə yaşadığı mübahisə səbəb olub.
Jurnalisti yumruqladığı iddia edilən Herreranın yığmadakı gələcək taleyi ilə bağlı federasiya prezidenti Decio de Mariya Serano mətbuat konfransı keçirib.
Futbolda şiddətə qarşı olduqlarını vurğulayan Serano Herreranın yığmada uğur qazanmasına baxmayaraq, etdiyi hərəkətin yolverilməz olduğunu bildirib: "Federasiya nümayəndələri ilə keçirdiyim görüşdən sonra Herreranın komandadan ayrılmasına qərar verdik. Asan qərar olmadı, amma doğru olanı da bu idi".
Qeyd edək ki, Meksika yığması ilə KONKAKAF kubokunu qazanan Herreranın Filadelfiya hava limanında meksikalı jurnalist Kristian Martinoli ilə mübahisə etdiyi və onu yumruqladığı bildirilir.
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi