Azərbaycan və Rusiyanın nazirləri futbol oynadı (FOTOLAR)

Azərbaycan və Rusiyanın nazirləri futbol oynadı (FOTOLAR)
XƏBƏR 5 İyul 2015 / 18:00 5805
-  A +

Azərbaycanın deputat və nazirləri rusiyalı həkarları ilə  futbol matçında üz-üzə gəlib.

Qol.Az-ın “AzNews.az”a istinadən yaydığı xəbərə görə,  millət vəkillərindən Azərbaycan komandasını Fazil Mustafa və Adil Əliyev təmsil edib.

Həmçinin Azərbaycan tərəfdən nazirlər və Prezident Administrasiyasının şöbə müdirləri də çıxış edib.

Təhsil naziri Mikayıl Cabbarov,  İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini Yaqub Eyyubov, Prezident Administrasiyasının şöbə müdiri Azər Əmiraslanov və bir sıra vəzifəli şəxslər oyunda öz məharətlərini göstəriblər.

Azərbaycan komandasının baş məşqçisi isə Vaqif Sadıqov olub.

Görüş rusların qələbəsi ilə başa çatıb - 6:2.






















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi