DİN-dən I Avropa Oyunları tamaşaçılarına tövsiyə
Daxili İşlər Nazirliyi (DİN) I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək tamaşaçılara özləri ilə hansı sənədləri götürmələri və hansı əşyalardan istifadədən imtina etmələrinə dair tövsiyələr verib.
Qol.Az-ın “Trend”ə istinadən yaydığı xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Əziz Baqişev İTV-yə açıqlamasında deyib ki, ilk Avropa Oyunları zamanı tamaşaçıların, eləcə də iştirakçıların təhlükəsizlyinin təmin edilməsi məqsədi ilə biletlə yanaşı şəxsiyyət vəsiqələrini də gətirməlidirlər.
Əlavə sıxlığın yaranmaması üçün tamaşaçılardan Bakı Olimpiya Stadionunun ərazisinə vaxtında, yəni saat 17:00-dan etibarən toplaşmaları tövsiyə olunur: "Tamaşaçılar “ekspress” avtobuslarına minərkən onların şəxsiyyət vəsiqələri və biletləri vizual qaydada yoxlanılacaq. Sonra həmin tamaşaçılar turniketlərdən keçəcəklər, bu zaman onlar əllərində olan bileti və şəxsiyyət vəsiqələrini turniketin üzərində olan xüsusi yerə yaxınlaşdıraraq içəri daxil ola biləcəklər. Sonra tamaşaçılar xüsusi avadanlıqlar vasitəsilə yoxlanılaraq stadiona buraxılacaqlar”.
Ə.Baqişev tamaşaçılara qadağan olunmuş əşyaları özləri ilə götürməməyi məsləhət görüb: “Bunlar əsasən partlayıcı, tezalışan maddələr, priotexniki məhsullar, kəsici-deşici alətlər, şüşə qablarda olan hər hansı maye, iri həcmli çantalar və irihəcmli digər əşyalar stadiona buraxılmayacaq. Qadağan olunmuş əşyaların siyahısı tamaşaçılara satılan biletlərə qoşma şəkildə əlavə olunub”.
Qeyd edək ki, I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi və Daxili Qoşunların əməkdaşlarından ibarət 25 min qüvvə cəlb olunub. Yarış və qeyri-yarış obyektləri, qonaqların qalacağı mehmanxanalar nəzarətə götürülüb, nəzarət-müşahidə kameraları quraşdırılıb, hərəkət marşrutu üzrə təhlükəsizlik tədbirləri həyata keçirilib.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı