"Bakı-2015" birinci Avropa Oyunlarının məşəl səfərinin iyunun 12-də keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməzdən əvvəl iyunun 7-10-da paytaxt Bakı şəhərindən keçəcəyi marşrut açıqlanıb.
Qol.Az-ın "Trend"ə istinadən yaydığı xəbərə görə, bu gün bununla bağlı keçirilən mətbuat konfrasında bildirilib ki, məşəl bazar günü iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər bulvarına, Neftçilər prospektinə və Dövlət Bayrağı Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslübda Bakıya gətiriləcək. Sonra məşəl Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək.
Bazar ertəsi iyunun 8-də məşəl Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan keçəcək. Həmin məkanlara Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosiped Veloparkı daxildir.
"Bakı-2015" məşəli çərşənbə axşamı iyunun 9-da bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən gözəl İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycan arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı da daxildir.
Məşəlin növbəti səfəri çərşənbə günü iyunun 10-da Bakının mədəniyyət və memarlıq obyektlərinə - Nizami küçəsinə, Fəvvarələr meydanına, Mərkəzi Parka (Qış Parkı), Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək.
"Bakı-2015" məşəli cümə axşamı iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015-in İcraçı direktoru Azad Rəhimov deyib ki, Oyunların başlamasına cəmi 10 gün vaxt qalıb: "Amma biz artıq Oyunların keçirilməsinə tam hazırıq. Bakı bütün qonaqları qarşılamağa hazırdır. Məşəlin səfəri bütün ölkədə azərbaycanlıların ürəyinə Bakı 2015 ruhunu gətirib. Bu, Azərbaycan üçün həlledici an olmazdan öncə, sevinc və həyəcan yaradaraq Bakı ictimaiyyətini birinci Avropa Oyunlarının sehrinə cəlb edəcək".
Qeyd edək ki, "Bakı-2015" məşəli aprelin 26-da Atəşgah məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunlarının ismarıcını yayaraq və bütün əhalini təntənəli yarışlar ərəfəsində Oyunlara cəlb edərək Azərbaycanın bütün bölgələrinə səfər edib. Məşəl Bakıya gəlməzdən əvvəl ölkənin daha 60 bölgəsinə səfər etmiş olacaq və əhalinin 99 faizinə göstəriləcək.
Tədbirdə Prezident İlham Əliyevin "Bakı-2015" birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində necə alovlandırıldığına dair videoçarx nümayiş etdirilib.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komtəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Oyunlarının açılış mərasiminə cəmi 10 gün qalıb, amma BEGOC artıq bir çox sahələrdə əməliyyatları tam həcmdə apara bilib: "Məşəl Azərbaycanın hər bir bölgəsinə səyahət etdi. Marşrut elə seçildi ki, məşəl ölkə əhalisinin hər bir sakininə göstərilsin. Məşəlin Bakıya gətiriləcəyi an yaxınlaşdıqca həyəcan artır. Bakı artıq idmançıları qəbul etməyə hazırdır. Paytaxtda ecazkar Avropa Oyunları izləyəcəyik".
Açılış mərasimində Milli Olimpiya Stadionunda Avropa Oyunları məşəlinin kim tərəfindən alovlandırılacağı barədə məlumat hələlik açıqlanmayıb.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi