Portuqaliya millisi "Dalğa Arena"da hazırlaşacaq

Portuqaliya millisi "Dalğa Arena"da hazırlaşacaq
BAKI-2015 22 May 2015 / 15:50 4422
-  A +

Çimərlik futbolu üzrə Portuqaliya milli komandası "Bakı-2015" Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq.

Qol.Az-ın məlumatına görə, Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki "Dalğa Arena"nın çimərlik futbolu meydançasını ayırıb.

Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.

Daha çox


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi

15.09.25  16:51

FİFA-dan yeni qərar