"Neftçi"nin futbolçusu Almaniyada əməliyyat olundu

"Neftçi"nin futbolçusu Almaniyada əməliyyat olundu
XƏBƏR 15 Aprel 2015 / 12:21 2480
-  A +

"Neftçi"nin müdafiəçisi Məqsəd İsayev Türkiyədə tibbi yoxlanışdan keçdikdən sonra Almaniyaya yollanaraq orada əməliyyat olunub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçunun menisk nahiyyəsində aparılan əməliyyat uğurla nəticələnib.
 
Hazırda müalicəsini davam etdirən futbolçu 4 gündən sonra komandanın düşərgəsinə qoşulacaq.

Məqsəd İsayev U-21 yığma komandasının heyətində "Qarabağ" klubu ilə keçirilmiş yoxlama oyununda zədələndiyindən, onun əməliyyat və müalicə xərclərini AFFA ödəyir.

 




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer