"Araz-Naxçıvan" yenidən toplanıb.
Qol.Az-ın məlumatına görə, klub rəsmi saytında yer alan xəbərdə komandanın yerli futbolçularla bir araya gəldiyi qeyd olunub. Komandanın çempionatdan imtinasının səbəblərinin hakim ədalətsizliyi olduğu növbəti dəfə qeyd olunub.
Klubun saytındakı xəbərdə bildirilir:
"Məlum olduğu kimi, "Araz-Naxçıvan" PFK 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. PFL bu müraciətə baxaraq, komandamızın çempionatda oynamaqdan imtina etməsini təsdiq etmiş və klubun futbolçularına azad agent statusu verilmişdir. "Araz-Naxçıvan"ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyimiz oyunlarda hakimlərin komandamıza qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyatı quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşıldı və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etdi.
Çempionatdan imtina etməsinə baxmayaraq, "Araz-Naxçıvan" fəaliyyətini dayandırmadı. Düzdür, bəzi mətbu orqanlar klubun çempionatda fəaliyyətini dayandırmasını bəzi məqamlarla əlaqələndirdilər ki, bunlar həqiqəti əks etdirmir. Muxtar respublika təmsilçisi yalnız Azərbaycan Premyer Liqasında oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək. Nə zaman ki, Azərbaycan futbolunda hakim haqsızlığı olmayacaq, o zaman klub rəsmi olaraq çempionatda oynamaq üçün müraciət edəcək.
Çempionatda oynamaqdan imtina edən "Araz-Naxçıvan" bu gündən etibarən bir araya toplaşıb və seçimlərə start verib. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdir.
Artıq bu gün komanda Naxçıvan Muxtar Respublika Stadionunda ilk məşqinə çıxıb. Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak edib. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır. Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcəklə və məşqlərə davam edəcəklər.
Bu müddət ərzində - daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq "Araz-Naxçıvan" futbol məktəbinə dəvət olunacaqlar.
Yenidən formalaşan "Araz-Naxçıvan" fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublika birinciliyinə, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək. Bu müddətə kimi isə komandamızın yoldaşlıq oyunları keçirəcəyi gözlənilir".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?