"Bavariya" klubunun futbolçusu Frank Riberi maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, fransız futbolçu ötən il "Qızıl top" mükafatının təqdimetmə mərasimində yaşananlar haqda danışıb.
31 yaşlı futbolçu artıq qalibin elan olunmasından öncə "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun mükafata sahib çıxacağını bildiyini deyib: "Ötən il "Qızıl top" mükafatının təqdimetmə mərasimi zamanı çox şey öyrəndim. Oraya gedən kimi, həyat yoldaşıma məğlub olduğumu söylədim. Blatterin Ronaldonu necə qucaqladığını gördüm və anladım ki, artıq məğlub olmuşam. Axmaq deyiləm. Ronalonun mükafatı qazanacağına əmin idim. Əks təqdirdə o, bütün ailəsi ilə mərasimə gəlməzdi.
Bu il haqda nə deyə bilərəm? Mükafatı komanda yoldaşlarımdan Manuel Noyer və Aryen Robben qazanmalıdır. Ancaq qorxuram ki, bu dəfə də "Qızıl top" mükafatı ilin ən yaxşı futbolçusuna təqdim olunmasın. Necə ki, bu 2006-cı ilə baş vermişdi. Həmin il "Qızıl top"u İtaliya yığmasının müdafiəçisi Fabio Kannavaro qazanmışdı".
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi
Tanınmış veteran futbolçu vəfat etdi
Misli Premyer Liqasında AVAR-2 hakimi də olacaq
"İmişli" - "Şəfa" : Heyətlər
Gürcüstanda “Beşiktaş”ın 16 azarkeşi saxlanılıb
Milli komandanın sabiq qapıçısı 37 yaşında vəfat etdi
Tevesin vida oyunu: Messi olacaq, bəs Ronaldo?
Məşhur hakim səhvini etiraf edib üzr istədi
Kimmix danışdı, “Bavariya” narazı qaldı
“Bornmut” təəccübləndirir