«Biz Moskvada keçiriləcək «Birlik kuboku» yarışında nəinki uğurlu çıxış etmək niyyətindəyik, həm də daxili çempionatda liderliyimizi qorumaq əzmindəyik. Deyirlər, çempionluq titulunu qorumaq, onu qazanmaqdan daha çətindir. Bu isə bizi mübarizəyə daha da ruhlandırır». Qol.Az-ın məlumatına görə, bu sözləri Ukrayna mətbuatına verdiyi müsahibədə hazırda doğma vətənində olan Bakının «İnter» klubunun baş məşqçisi Valentin Xodukin söyləyib.
Jurnalistin sualına cavabında V.Xodukin milli komandamızın baş məşqçisi Berti Foqtun istənilən nəticə verə bilməməsilə bağlı sualı da cavablandırıb. Bildirib ki, Foqts komandada kardinal dəyişiklik etdiyini gizlətmir.
Valentin Belkeviçin ehtiyatda oturması ilə bağlı məsələyə toxunan Xodukin bunu onun Azərbaycan futbolunun səviyyəsini dəyərləndirməməsi və oyun təcrübəsinin azlığı ilə əlaqələndirib: «Hazırda beloruslu futbolçunun bizimlə müqaviləsi başa çatıb. Amma biz onun Bakıda qalmasına çalışırıq».
V.Xodukinə həmyerlisi Anatoli Demyanenkonun «Neftçi»də işlərinin düz getməməsi və çıxarılmasıyla bağlı sual da ünvanlanıb. O özünün bu barədə fikir söyləməsinin doğru olmadığını bildirib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu