AFFA ilə Türkiyənin «Fənərbaxça» klubu arasında mövcud olan əməkdaşlıq çərçivəsində «Akademiya» (U-15) komandası iyulun 14-dən etibarən İstanbul təmsilçisinin bazasında hazırlıq keçir. Türkiyəyə Təbriz Həsənovun rəhbərliyi ilə yollanan futbolçularımızın məşq prosesinə «Fənərbaxça»da çalışan təcrübəli mütəxəssislər – İrfan Sararoğlu və Tolqa Şambay rəhbərlik edir. «Akademiya»nın üzvləri İstanbul klubunun Dərəağzı bazasında hazırlaşır. Futbolçularımız üçün xüsusi məşq proqramı tərtib olunub. Buraya fiziki, texniki, taktiki hazırlıqla yanaşı, boş vaxtın səmərəli keçirilməsi ilə bağlı xüsusi planlar da daxildir. «Akademiya» həftədə 2 dəfə 2 məşq, digər günlər isə 1 məşq keçir. Fiziki hazırlığın yüksəldiməsi məqsədilə dəniz kənarında məşqlər təşkil olunur. Məşqçilərin planına uyğun olaraq, müvafiq vaxtlarda futbolçular güclərini ikitərəfli oyunda sınayır. Mütəmadi şəkildə videogörüntülərlə mxüşayiət olunan nəzəri məşğələlər keçirilir. Futbolçularımızın süxrət, çeviklik, dözümlülük, koordinasiya və s. bacarığını yoxlamaq üçün Mərmərə Universitetinin müəllimləri tərəfindən test götürülür. «Akademiya»nın üzvləri İstanbulun «Acıbadem» xəstəxanasında vaxtaşırı olaraq tibbi müayinədən keçir. Futbolçularımız «Fənərbaxça» klubunun məşq və nümayiş forması ilə təmin olunub.
Boş vaxtın səmərəli keçirilməsi üçün futbolçular arasında dama yarışı təşkil edilib. Komandanın üzvləri İstanbulun tarixi yerlərinə ekskursiyaya gedir, həftədə bir dəfə kinoteatrda film seyr edirlər. Bundan əlavə, «Fənərbaxça»nın bütün ev oyunlarını stadionda izləmək üçün «Akademiya»nın üzvlərinə şərait yaradılır.
Yuxarı
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı