Deşam: “Bu hesabla qalib gəlməyimiz inanılmazdır”

Deşam: “Bu hesabla qalib gəlməyimiz inanılmazdır”
DÇ-2014 21 İyun 2014 / 04:25 2207
-  A +

“İsveçrəyə 5:2 hesabı ilə qalib gəlməyimiz inanılmazdır. Hələ ki, dünya çempionatda əla təmsil olunuruq. İki oyuna altı xal qazanmışıq. Ancaq biz hələ Play-off-a yüksəlməmişik. İndi bunu etmək üçün çox yaxşı şansımız var”.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam İsveçrə ilə oyundan sonra deyib.

“Fransa mundialın favoritidirmi” sualını təcrübəli mütəxəssis belə cavablandırıb: “Yox, hələ ki, qrup mərhələsində iki oyun keçirmişik. Bir çox güclü komandalar var ki, çempionluğa iddialıdır”.

Son xəbərlər