İsveçrə - Fransa matçının ən yaxşısı məlum oldu

 İsveçrə - Fransa matçının ən yaxşısı məlum oldu
DÇ-2014 21 İyun 2014 / 03:47 3002
-  A +

 DÇ-2014-ün E qrupunda keçirilən İsveçrə - Fransa matçının (2:5) ən yaxşı oyunçusunun adı açıqlanıb.

 Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Fransa millisinin hücumçusu Kərim Benzema görüşün ən yaxşısı olub.

Oyunun sonuna qədər  meydanda olan Benzema komandasının 4-cü qolunu vurub. Bundan əlavə o, iki məhsuldar ötürmə ilə də yadda qalıb, Benzema  həmçinin, görüşün 31-ci dəqiqəsində  penaltidən yararlana bilməyib.

Qeyd edək ki, təcrübəli hücumçu özünün ikinci, komandasının altıncı qolunu vursa da, hakim eyni anda görüşün başa çatdığını bildirib və qolu qeydə almayıb.

Son xəbərlər
topaz banner